Rəcəb Tayyib Ərdoğanın Prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib

Rəcəb Tayyib Ərdoğanın Prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib

Bakı, TurkicWorld:

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Parlament Qrupu Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsinə qərar verib.

TurkicWorld-un məlumatına görə, Ədalət və İnkişaf Partiyasının (AKP) Parlament Qrupu bu gün bununla bağlı iclas keçirib. Deputatların birgə imzası ilə Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Eski Milliyetçi Hareket Partiyasının millət vəkili Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş, Kamal Kılıçdaroğlu, Yeniden Rifah Partiyasının rəhbəri Fatih Erbakan namizədliyini irəli sürüb.