Türkiyənin “taxıl dəhlizi” 20 milyon tondan çox taxıl ixrac edib – Hulusi Akar

Türkiyənin “taxıl dəhlizi” 20 milyon tondan çox taxıl ixrac edib – Hulusi Akar

Bakı, TurkicWorld:

Türkiyənin “taxıl dəhlizi” bu günə qədər Ukrayna limanlarından 24 milyon ton taxıl ixrac edib.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bildirib.

“Sazişin ilkin variantına uyğun olaraq “taxıl dəhlizi”-nin 60 gün əvəzinə daha 120 gün uzadılması üçün Rusiya və Ukrayna ilə danışıqlar davam edir. Birləşmiş Millətlər Təşkilatı bu mövzuda bizimlə həmfikirdir”, - deyə nazir qeyd edib.

Məlumat üçün bildirək ki, Qara dəniz taxıl dəhlizi müqaviləsi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. 2022-ci il 19 noyabr tarixindən müqavilənin 120 gün uzadılması barədə qərar qəbul edilib.