Bakı, TurkicWorld
Türkiyədə zəlzələyə davamlı binaların inşası planlaşdırılır. TurkicWorld-un məlumatına görə, Türkiyədə zəlzələ riski yüksək olan vilayətlərdə görüləcək işlərlə bağlı müzakirələr aparılacaq. Bununla bağlı iclas mart ayının 3-də Türkiyə Prezidenti Ərdoğanın sədrliyi ilə İstanbulda keçiriləcək. İclası Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum koordinasiya edəcək.
Qeyd edək ki, İclasın əsas gündəm maddəsi Kahramanmaraşda baş verən zəlzələlər olacaq. İclasda zəlzələdən zərər çəkmiş on bir vilayətdə aparılacaq işlər haqqında danışılacaq.
Əlavə olaraq qeyd edək ki, iclasda geologiya, seysmologiya, urbanistika, inşaat, memarlıq və sosiologiya kimi sahələr üzrə ekspert alimlər də iştirak edəcək.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində həlak olanların sayı 45 min 89 nəfərə çatıb. Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan binalarla bağlı həbs olunanların sayı 218-ə yüksəlib. Həbs olunanlar içərisində bina sahibləri və hodratçılar üstünlük təşkil edir.
Twitter: a_alieva_