Türk Hava Yolları zəlzələ bölgəsindən 400 mindən çox insanı təxliyə edib

Türk Hava Yolları zəlzələ bölgəsindən 400 mindən çox insanı təxliyə edib

Bakı, TurkicWorld:

Türk Hava Yolları (THY) zəlzələ bölgəsindən 417 min 199 nəfəri təxliyə edib. TurkicWorld-un məlumatına görə, Türk Hava Yollarının (THY)

baş direktoru Bilal Ekşi bununla bağlı öz rəsmi twitter hesabında paylaşım edib.

"İndiyə qədər zəlzələ ilə bağlı 2442 ikitərəfli uçuş, ümumilikdə 4885 uçuş etmişik. 417 min 199 vətəndaşı təxliyə etmişik. 277 min 439 xilasetmə qrupu və humanitar yardım heyətini aparmışıq. 418 yük uçuşları və 16 min 62 ton yardım vəsaiti daşımışıq",- deyə paylaşımda bildirilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 45 min 89 nəfərə çatıb.

Twitter: @a_alieva_