Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Şimali İraqda əməliyyat keçirib

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) Şimali İraqda əməliyyat keçirib

Bakı, TurkicWorld:

Türkiyə Milli İstihbarat Təşkilatı Şimali İraqda əməliyyat keçirib. TurkicWorld-un məlumatına görə, MİT 12 terror aktı həyata keçirən PKK üzvü Ramazan Günəşi İraqın Süleymaniyyə şəhərində keçirdiyi əməliyyatla Türkiyəyə gətirib.

Türkiyə Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ramazan Günəş 2011-2017-ci illər arasında Hakkaridə PKK tərəfindən həyata keçirilən 12 terror aktında şəxsən iştirak edib və 57-si əsgər, 1-i polis və 2-si regional mühafizəçi olmaqla, ümumilikdə 60 təhlükəsizlik əməkdaşının şəhid olmasında iştirak edib.