...

Zəlzələdən zərər çəkən vətəndaşlarımızın hər birinə 10 min lirə ödəyirik - Ərdoğan

Türkiyə Digər xəbərlər 27 Fevral 2023 16:44
TurkicWorld Sabir Alizade
Zəlzələdən zərər çəkən vətəndaşlarımızın hər birinə 10 min lirə ödəyirik - Ərdoğan

Bakı. TurkicWorld:

Fəlakətdən zərər çəkən vətəndaşlarımızın hər birinə 10 min lirə ödəyirik. Ölkə üzrə ödəniş edənlərin sayı 1 milyona yaxınlaşıb.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Ölkə üzrə ödəniş edənlərin sayı 1 milyona yaxınlaşıb. Zəlzələdə həlak olan vətəndaşlarımızın yaxınlarına da təcili ehtiyacları üçün 10 min lirə veririk", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti