Mehmetciyin terrorla mübarizə fəaliyyəti qətiyyətlə davam edir - Hulusi Akar

Mehmetciyin terrorla mübarizə fəaliyyəti qətiyyətlə davam edir - Hulusi Akar

Bakı, TurkicWorld

Mehmetciyin terrorla mübarizə fəaliyyəti qətiyyətlə davam edir. TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Zəlzələ bölgələrində fədakarlıqla çalışan Mehmetcik, sərhəd təhlükəsizliyi və terrorla mübarizə fəaliyyətini də eyni qətiyyətlə davam etdirir. 1 yanvar tarixinə qədər Türkiyədə Mehmetcik tərəfindən 261 terrorçu zərərsizləşdirilib",- deyə o qeyd edib.

Əlavə olaraq qeyd edək ki, "24 iyul 2015-ci ildə terrorla mübarizədə yeni dövr başladı. O vaxtdan bu yana 37 min 601 terrorçu zərərsizləşdirilib. Yanvarın 1-dən bəri İraq və Suriyanın şimalında 261 terrorçu zərərsizləşdirilib. Terror yuvalarını, sığınacaqlarını terroristlərin başına yıxdıq və yıxmağa da davam edəcəyik”, - deyə nazir bildirib.

Müdafiə naziri son olaraq zəlzələdə həlak olanlara rəhmət və yaralananlara şəfa diləyib, bütün xalqa başsağlığı verib:

“Türk Silahlı Qüvvələri bu ağır günlərdə digər nazirliklərlə və qurumlarla birlikdə millətimizin xidmətində, ilk andan etibarən vəzifəsinin başındadır. Millətimizlə çiyin-çiyinə çalışaraq bir yumruq, bir ürək kimi bütün bu çətinliklərə qalib gələcək, yaralarımızı sağaldacağıq. Şanlı tariximiz boyunca hər cür bəlalardan birlik və həmrəylik içində alnıaçıq çıxmış dövlətimiz, millətimiz bir yumruq, bir ürək olaraq bu çətin vəziyyətdən də çıxacaq”.