Biz Türkiyə ilə həmrəyliyimizi davam etdiririk - Makron

Biz Türkiyə ilə həmrəyliyimizi davam etdiririk - Makron

Bakı, TurkicWorld

Biz Türkiyə ilə həmrəyliyimizi davam etdiririk. TurkicWorld-un məlumatına görə, bu sözləri Fransa Prezidenti Makron Türkiyə Prezidenti Ərdoğanla telefon danışığı zamanı deyib.

"Kahramanmaraş mərkəzli zəlzələlərdə Fransa qüvvələri axtarış-xilasetmə işlərinə başlayıb. Gölbaşıdakı səhra xəstəxanamız hər gün yüz yaralıya qulluq edir",- deyə Makron danışıqlar zamanı bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 218 nəfərə çatıb.