Bakı. TurkicWorld
Bu ilin fevral ayının 24-də Prezident Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Zelenski arasında telefon danışığı baş tutub.
TurkicWorld-un məlumatına görə görüş zamanı Türkiyədə baş vermiş zəlzələlər və Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə edilib.
Qeyd edək ki, Prezident Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün, Ukrayna Prezidenti Zelenskiyə təşəkkür edib.
‘’Rusiya-Ukrayna müharibəsinin atəşkəs və danışıqlar yolu ilə həllin qurulmasına və sülhün formalaşmasına hər cür töhfə verməyə hazırıq’’,-deyə Ərdoğan bildirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.
Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.
Xatırladaq ki, 2022-ci ilin fevral ayının 24-də Rusiya ordusu Ukraynada hərbi əməliyyatlara başlayıb.