Ərdoğan zəlzələdən zərər çəkənləri xəstəxanada ziyarət edib

Ərdoğan zəlzələdən zərər çəkənləri xəstəxanada ziyarət edib

Bakı.TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkənləri xəstəxanada ziyarət edib.

TurkicWorld-un məlumatına görə, xəstəxanada zəlzələdən zərər çəkənləri ziyarət edən prezident Ərdoğanı həyat yoldaşı Əminə Ərdoğan və Vasip Şahin müşayiət edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 42 min 310 nəfərə çatıb.