Son dəqiqə

Türkiyə Qazaxıstan zəlzələ

Qazaxıstan xilasedicilərinin Türkiyədə axtarış-xilasetmə əməliyyatları başa çatıb

Bakı, TurkicWorld:

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin əməliyyat qrupu Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarını başa çatdırıb.

TurkicWorld-un məlumatına görə fevralın 7-dən 19-dək zəlzələ ərazisindəki iş görən Qazaxıstanın axtarış- xilasetmə qrupları bu gün vətənə geri qayıdıb.

Əməliyyat qrupunun tərkibinə 100 mütəxəssis, təcili tibbi yardım mərkəzinin səhiyyə işçiləri daxildir.

Əlavə olaraq bildirək ki, Qazaxıstan xilasediciləri dağıntılar altından 7 nəfəri sağ , 88 nəfərin isə cansız bədənini çıxarıb. Onlar həmçinin 200 yerli sakinə, o cümlədən 30 uşağa tibbi və psixoloji yardım göstəriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.Zəlzələ nəticəsində həlak olanların sayı 41 020 nəfərə çatıb.

Mövzuya görə xəbərlər