BAKI,TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin iyun ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni ayı ilə müqayisədə 26,8 faiz artaraq 1 milyard 375 milyon 789 min dollar təşkil edib.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz azalaraq 7 milyard 979 milyon 898 min dollara bərabər olub.
Bildirilib ki, son 12 ay ərzində (iyun 2025 – iyun 2026) Türkiyə ümumilikdə 16 milyard 628 milyon 114 min dollar dəyərində hazır geyim ixrac edib.







