Son dəqiqə

FİFA 2026-cı il dünya çempionatı FIFA Dünya Kuboku 2026 ABŞ və Türkiyə arasında 2026-cı il futbol üzrə dünya çempionatı matçıv Türkiyə milli futbol komandası

Türkiyə–ABŞ oyununu dünya ulduzları tribunadan izlədi

BAKI,TurkicWorld Orxan Qədirzadə

Türkiyə milli futbol komandası dünya çempionatının qrup mərhələsinin üçüncü turunda ABŞ yığması ilə qarşılaşıb.

Gərgin və maraqlı keçən görüşdə Türkiyə yığması rəqibini 3:2 hesabı ilə məğlub edərək qrup mərhələsini 3 xalla başa vurub.

Qarşılaşma yalnız meydandakı mübarizə ilə deyil, tribunadakı tanınmış qonaqları ilə də diqqət çəkib. Oyunu izləyənlər arasında siyasət, idman və kino dünyasının məşhur simaları yer alıblar.

Ali Koç, Kolin Farrell, Bred Pitt, Leonardo Di Kaprio, Paris Hilton, Kamala Harris kimi məşhur simaların tribunada görünməsi azarkeşlərin və media nümayəndələrinin böyük marağına səbəb olub.

Mövzuya görə xəbərlər