BAKI,TurkicWorld Yusif Şərifzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İran arasında davam edən gərginliklə bağlı tərəflərin müharibəni dayandırmaq üçün kifayət qədər siyasi iradəyə malik olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Hakan Fidan müsahibəsində ABŞ və İranın yalnız iki ölkəni deyil, bütün dünyanı təsir edən problemin real həll yolunu tapmalı olduğunu deyib.
Türkiyəli nazirin sözlərinə görə, mövcud vəziyyət gərginliyin daha da artması və daha böyük faciələrin baş verməsi riskini artırır. O vurğulayıb ki, bu proses həm qlobal iqtisadiyyata, həm də regional sabitliyə ciddi mənfi təsir göstərə bilər.
Hakan Fidan əlavə edib ki, hər iki tərəf daimi və uzunmüddətli razılaşmanın əldə olunması üçün imkanlara malikdir.
