Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan terror aktı

Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik - Ərdoğan

Bakı, TurkicWorld

Terrorun bütün növlərinə qarşı mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrail Baş konsulluğu yaxınlığında baş vermiş terror hücumunu şərh edərkən bildirib.

Hücumla bağlı həm İstanbul Baş Prokurorluğumuz, həm də polis və kəşfiyyat qurumlarımız tərəfindən zəruri araşdırmalar sürətlə başladılıb. Yaralı polis əməkdaşlarımıza Uca Allahdan şəfa diləyir, İstanbul Polisinə və İstanbul sakinlərinə "keçmiş olsun" deyirəm.

Ərdoğan vurğulayıb ki, təxribatçıların Türkiyənin təhlükəsizlik mühitinə zərər vurmasına imkan verilməyəcək.

Qeyd edək ki, bu gün İsrailin İstanbul şəhərində yerləşən Baş konsulluğunun yaxınlığında silahlı insident baş verib. Silahlı hücumu həyata keçirmiş şəxslərin İŞİD terrorçu qruplaşmasının üzvləri olduğu məlum olub.

Mövzuya görə xəbərlər