Son dəqiqə

Fələstin İbrahim Kalın Əl-Əqsa məscidi Qəzza HƏMAS Qüds MİT HƏMAS danışıqları

MİT rəhbəri İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə görüşüb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin paytaxtında keçirilən yüksək səviyyəli görüşdə Qəzzada davam edən humanitar böhran və sülh planının icrası mexanizmləri ətraflı müzakirə edilib.

TurkicWorld xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankara şəhərində HƏMAS Siyasi Bürosunun Danışıqlar Heyətinin rəhbəri Xəlil əl-Hayya və onu müşayiət edən nümayəndə heyəti ilə bir araya gəlib. Görüş zamanı Qəzzadakı son vəziyyət, İsrailin davam edən hücumları və bölgədəki kəskin humanitar böhranın aradan qaldırılması yolları diqqət mərkəzində olub.

Görüşdə Qəzza Sülh Planının icrası ilə bağlı mühüm məqamlar vurğulanıb. Xüsusilə, İsrailin sülh planının birinci mərhələsindən irəli gələn öhdəliklərini tam yerinə yetirməsinin təmin edilməsinin vacibliyi qeyd olunub. Tərəflər həmçinin planın ikinci mərhələsinin tətbiqinə dair detallı qiymətləndirmələr aparıblar.

Müzakirələr zamanı təkcə Qəzza deyil, həm də İordan çayının qərb sahilində artan gərginlik, məskunlaşmaçıların hərəkətləri və Qüdsdəki Məscidül-Əqsa ziyarətinə qoyulan məhdudiyyətlər gündəmə gətirilib. Bildirilib ki, bu kimi addımlar regionda sabitliyin bərqərar olmasına ciddi maneələr törədir.

HƏMAS nümayəndə heyəti Qəzzada dayanıqlı sülhün və atəşkəsin təmin olunması istiqamətində Türkiyənin nümayiş etdirdiyi diplomatik səyləri yüksək qiymətləndirib. Heyət üzvləri bu çabalarına və göstərdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana öz xüsusi minnətdarlıqlarını ifadə ediblər.

Mövzuya görə xəbərlər