Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Donald Tramp Türkiye Mossad

Ərdoğandan Trampa xəbərdarlıq - Terrorçular müharibəyə qatılsa, vurarıq

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin müdaxiləsi nəticəsində MOSSAD-ın İraqdakı terror qruplaşmalarını İrana qarşı istifadə etmək planı iflasa uğrayıb.

TurkicWorld Türkiyə Kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, Ankara, İsrailin PKK və PJAK terror təşkilatlarını İran daxilində quru qoşunları kimi mövqeləndirmək cəhdinə qarşı dərhal hərəkətə keçib.

Məlumata görə, hücumların başladığı 28 fevraldan etibarən MOSSAD vasitəsilə terror təşkilatlarının rəhbərləri ilə təmasa keçildiyi və həm İraqın şimalında, həm də İran tərəfində hərəkətliliyin artdığı müşahidə edilib. Bu inkişafdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa zəng edərək rəsmi Ankaranın mövqeyini qəti şəkildə çatdırıb. Türkiyə tərəfi İraq və İraq Kürd Regional Rəhbərliyini (IKRR) xəbərdar edərək bildirib ki, əgər terror təşkilatları bu müharibəyə qatılarsa, Türkiyə heç bir siyasi prosesi gözləmədən Suriyada olduğu kimi həmin nöqtələrə zərbə endirəcək.

Türkiyənin bu sərt və dörd tərəfli diplomatik həmləsi nəticəsində terror təşkilatlarının regiondakı hərəkətliliyi dayandırılıb və İsrailin İran planı pozulub. Ankara regionda müharibənin miqyasının genişlənməsinin və terror dəhlizinin yaradılmasının qarşısını almaq üçün bütün hərbi imkanlarını səfərbər etdiyini bir daha nümayiş etdirib.

Mövzuya görə xəbərlər