Son dəqiqə

Türkiyə sərhədlərində yüksək hazırlıq: Nazirlikdən mühüm qərar Daxili işlər naziri Mustafa Çiftçi: Teyakkuz halındayıq Türkiyədə təhlükəsizlik iclası: Sərhəd və miqrasiya planları Qeyri-qanuni miqrasiyaya qarşı yeni tədbirlər: Türkiyə hərəkətə keçdi Sərhəd təhlükəsizliyi və böhran ssenariləri: Tehrandakı hadisələrin təsiri Türkiyənin şərq sərhədlərində nəzarət gücləndirilir

Türkiyə Daxili İşlər Nazirliyində operativ iclas: Sərhəd təhlükəsizliyi diqqət mərkəzindədir

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçinin rəhbərliyi ilə keçirilən Sərhəd Təhlükəsizliyi İclasında qeyri-qanuni miqrasiya, hudud mühafizəsi və mümkün böhran ssenariləri geniş şəkildə müzakirə edilib.

TurkicWorld xəbər verir ki, nazirlik regional proseslərin qlobal təsirlərini qiymətləndirərək, bütün müvafiq qurumların tam hazır vəziyyətə gətirildiyini bəyan edib.

İclas zamanı sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi, nizamsız miqrasiyaya qarşı əlavə tədbirlərin görülməsi və fövqəladə hallarda tətbiq olunacaq fəaliyyət planları nəzərdən keçirilib. Nazir Mustafa Çiftçi Türkiyənin sərhəd mühafizəsi, ictimai asayiş və miqrasiya idarəçiliyi mövzusunda qətiyyətli siyasət yürütdüyünü vurğulayıb. O, bütün bölmələrin baş verən hadisələri anbaan izlədiyini və yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.

Müzakirələrdə qurumlararası koordinasiyanın gücləndirilməsi və sahədəki təhlükəsizlik imkanlarının artırılması əsas prioritetlər kimi müəyyən edilib. Videokonfrans formatında keçirilən toplantıya Van, İğdır, Hakkari və Ağrı valiləri ilə yanaşı, Polis Baş İdarəsi, Jandarma Baş Komandanlığı, Sahil Mühafizəsi, Miqrasiya İdarəsi və AFAD nümayəndələri qatılıblar. Türkiyə Daxili İşlər Nazirliyi sərhədlərin toxunulmazlığı və daxili sabitliyin qorunması istiqamətində işlərin qətiyyətlə davam etdiriləcəyini qeyd edib.