BAKI, TurkicWorld
Suriya şimalında terror təhlükəsi tamamilə aradan qalxdıqda yalnız Suriya xalqı deyil, bütün bölgə rahatlıq tapacaq
TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ev Sahibi Türkiyə” proqramı çərçivəsində Aydında açılış mərasimində çıxış edərək bildirib.
Ərdoğan həmçinin vurğulayıb ki, bütün Suriya vətəndaşları bundan faydalanacaq. O, DEAŞ-la mübarizənin daha qətiyyətli davam etdiyini və bölgədə hər cür terrorun kökünün kəsildiyini qeyd edib.
Türkiyə lideri bildirib ki, İkinci Dünya müharibəsindən sonra qurulan qlobal sistem sarsılır, Qərb dünyasında da bu tənqidlər getdikcə daha çox qəbul olunur.







