Son dəqiqə

Yalova DEAŞ operasyonu Yalovada DEAŞ əməliyyatı Yalova terror hücumu Türkiyədə polisə silahlı hücum DEAŞ terrorçusu zərərsizləşdirildi Yalovada 3 polis şəhid oldu DEAŞ-a qarşı təhlükəsizlik əməliyyatı Terrorçunun cənazəsi ailə tərəfindən qəbul edilmədi Radikal terror qrupları Türkiyədə Daxili təhlükəsizlik və terrorla mübarizə

Yalovada İŞİD üzvünün cənazəsini ailəsi qəbul etməyib

Bakı, TurkicWorld, Orxan Qədirzadə

Yalovada terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı polisə atəş açaraq üç polis əməkdaşının şəhid olmasına səbəb olan və zərərsizləşdirilən terrorçu Zafer Umutlunun cənazəsi ailəsi tərəfindən qəbul edilməyib.

TurkicWorld-un verdiyi məlumata görə, Yalovada təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı silahlı qarşıdurma baş verib. Qarşıdurma nəticəsində üç polis əməkdaşı şəhid olub, terrorçu Zafer Umutlu isə öldürülüb. Hadisədən sonra Umutlunun cənazəsinin ailə üzvləri tərəfindən götürülmədiyi bildirilib.

Terrorçunun əmisi Metin Umutlu yerli mediaya açıqlamasında ailənin cənazəyə sahib çıxmaq niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, ailə üzvləri Zafer Umutlunun radikallaşması ilə bağlı əvvəllər də narahatlıq keçirib və mümkün təhlükə səbəbilə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

“Biz bu cənazəyə sahib çıxmırıq və çıxmayacağıq. Dövlətimə, polisimizə silah qaldıran bir insanın cənazəsini almaq fikrində deyilik,” – deyə Metin Umutlu qeyd edib.

Ailə üzvlərinin bildirdiyinə görə, Zafer Umutlu təxminən altı il əvvəl Yalovaya köçüb və sonrakı dövrdə radikal baxışlar sərgiləməyə başlayıb. Onun dini məsələlərlə bağlı aqressiv və ekstremist mövqelər ifadə etdiyi, ailə üzvlərini və yaxınlarını hədələdiyi də iddia olunur.

Məlumatda qeyd edilir ki, Umutlu ailə üzvlərini və yaxın ətrafını “kafir” adlandıraraq, mümkün “cihad əmri” halında ilk olaraq onları hədəf alacağını deyib.

Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir. Terror əməliyyatı və baş verən qarşıdurma ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.