BAKI, TurkicWorld, Nailə Babazadə
İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial media hesabında paylaşım edib.
Dövlət başçısı sosial media hesabında paylaşdığı açıqlamada, “İllərlə davam edən zülmün, ağır itkilərin, böyük acıların ardından Suriyalı qardaşlarımızı azadlığa qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm,” – deyib.
Ərdoğan devrilmiş rejimin və terror təşkilatlarının hücumlarında həlak olanlara rəhmət diləyib və Suriya xalqına Türkiyənin “səmimi salam və sevgilərini” çatdırıb.
Prezident, son bir ildə Suriyalıların bütün çətinliklərə, təxribat cəhdlərinə və gərginliklərə baxmayaraq əldə etdiyi irəliləyişi təqdir etdiyini bildirib.
Türkiyənin Suriya ilə bağlı mövqeyinə toxunan Ərdoğan, ölkənin ərazi bütövlüyünün qorunması, daxili birliyin təmin olunması və regionda sabitlik mərkəzinə çevrilməsi üçün Ankara tərəfindən dəstəyin davam etdiriləcəyini vurğulayıb.







