Son dəqiqə

İstanbul İŞİD Terrora qarşı mübarizə Terror təşkilatlarına qarşı mübarizə İŞİD Türkiyə İstanbul Polis İdarəsi Terrorçuluq İŞİD-ə qarşı koalisiya İŞİD-ə qarşı ABŞ-Suriya əməkdaşlığı

İstanbulda İŞİD-ə partlayıcı təmin edən 14 şübhəli saxlanılıb

BAKI, TurkicWorld, Nailə Babazadə

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Hücum həyata keçirmək üçün partlayıcı maddə əldə etdikləri müəyyən edilən 14 şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları İŞİD terror təşkilatının fəaliyyətlərinin qarşısını almaq və həmin fəaliyyətləri ifşa etmək istiqamətində işlərini davam etdirir.

Aparılan araşdırmalar zamanı terror təşkilatı adından hücum planlamaq üçün partlayıcı əldə edən, həmçinin münaqişə bölgələri ilə əlaqəli fəaliyyət göstərən şübhəlilərin kimlikləri və ünvanları müəyyən edilib.

Müəyyən edilmiş ünvanlara eyni vaxtda keçirilən əməliyyat zamanı 14 şübhəli saxlanılıb.

Həmin ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, icazəsiz tapança və 90 güllə ələ keçirilib.

Mövzuya görə xəbərlər