Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Burhanəddin Duran

Ərdoğan G20 Liderlər Zirvəsi üçün Cənubi Afrikaya ziyarət edəcək

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22–23 noyabr tarixlərində Yohannesburqda keçiriləcək 20-ci G20 Liderlər Zirvəsində iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfər edəcək.

TurkicWorld xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Başçısı Burhaneddin Duran sosial media hesabında açıqlayıb.

Prezidentin səfər çərçivəsində Cənubi Afrika Prezidenti Cyril Ramaphosa başda olmaqla, G20 liderləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirməsi gözlənilir.

Mövzuya görə xəbərlər