Son dəqiqə

Türkiyə Ukrayna Rəcəb Tayyib Ərdoğan Ankara Volodimir Zelenski

Zelenski Türkiyəyə səfər edib

BAKI,TurkicWorld

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfər edib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Ankarada olan Ukraynalı dövlət başçısını Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rüstəm Umerov müşayiət edir.

Türkiyə prezidenti administrasiyasının saytında qeyd olunur ki, Zelenski ilə Rəcəb Tayyip Ərdoğanın görüşü Bakı vaxtı ilə 17:05-də Ankarada yerləşən prezident kompleksində baş tutacaq. Qrafikə əsasən, müzakirələrə 55 dəqiqə vaxt ayrılacaq, daha sonra dövlət başçıları şam yeməyinə yollanacaq.

Mövzuya görə xəbərlər