Son dəqiqə

Böyük Britaniyadan Kipr həmləsi: HMS Duncan esminesi yola düşür Akrotiri aviabazası hədəfdə: Britaniya Kral Donanmasını hərəkətə keçirdi Con Hili PUA təhlükəsinə qarşı qərar verir: Kipr sahillərinə hərbi gəmi Britaniya ordusu Aralıq dənizində: Dron hücumlarına qarşı yeni sipər HMS Duncan Kiprə gedir: Britaniya aviabazasını necə qoruyacaq? Yaxın Şərqdə gərginlik: London hərbi gəmisini regiona göndərir

Böyük Britaniya Kiprə hərbi gəmi göndərəcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Böyük Britaniya hökuməti bölgədə artan pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə qarşı Cənubi Kipr sahillərinə Kral Donanmasının hərbi gəmisini göndərməyi planlaşdırır.

TurkicWorld xəbər verir ki, "The Guardian" nəşrinin yaydığı məlumata görə, Müdafiə naziri Con Hili hazırda Portsmut limanında olan "HMS Duncan" esminesinin Aralıq dənizinə göndərilməsi variantını nəzərdən keçirir. Qərarın verilməsinə səbəb ötən bazar günü Akrotiri aviabazasına PUA-nın düşməsi və ardınca digər dronların ələ keçirilməsi olub.

Xüsusilə PUA-lara qarşı mübarizə sahəsində ixtisaslaşan "HMS Duncan" ötən ay Uels sahillərində dron sürülərinin dəf edilməsi üzrə genişmiqyaslı təlimlərdə iştirak edib. Qeyd olunur ki, regionda münaqişənin dördüncü günü olmasına baxmayaraq, hazırda Yaxın Şərqdə Britaniyanın heç bir böyük hərbi gəmisi fəaliyyət göstərmir. Qərar təsdiqlənərsə, gəminin bölgəyə çatması bir neçə gün vaxt aparacaq.