Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Mustafa Kamal Atatürk Türkiye

Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Əmin və bacarıqlı kadrların rəhbərliyi ilə Türkiyə qlobal güc olma yolunda inamla irəliləyir.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu sözləri, Anıtkabırda yerləşən “Özel Defter”- ə yazıb.

Türkiyə Cümhuriyyətinin qurucusu, Böyük Öndər Mustafa Kamal Atatürk, vəfatının 87-ci ildönümündə Anıtkabırdə keçirilən dövlət mərasimi ilə anılıb.

Anıtkabirdəki mərasim dövlət rəsmilərinin “Aslanlı Yol”dan yürüşü ilə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan, qırmızı və ağ qərənfillərlə bəzədilmiş ay-ulduzlu çələngi Atatürkün məzarına qoyub.

Atatürkün 87 il əvvəl vəfat etdiyi saat 09:05-də hörmət duruşu edilib, ardınca “İstiqlal Marşı” səsləndirilib.

Hörmət duruşu zamanı göndərdəki Türkiyə bayrağı yarıya endirilib. Daha sonra Prezident Ərdoğan və rəsmi nümayəndə heyəti Misak-ı Milli Qülləsinə keçib.

Mövzuya görə xəbərlər