Son dəqiqə

BMT Suriya Türkiyə XİN Suriya və təhlükəsizlik məsələləri Öncü Keçeli Suriyada sabitliyin pozulmasına yönəlmiş planlar Suriya iqtisadi inkişafı Suriyada türk diplomatiyası Əhməd əş-Şəraa siyasəti

Türkiyə, Suriya rəsmilərinə tətbiq olunan sanksiyaların ləğvini alqışlayıb

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə, Suriya Prezidenti Əhməd əş-Şəraaya və Daxili İşlər Naziri Enes Hattabı BMT Təhlükəsizlik Şurasının müvafiq sanksiya siyahısından çıxaran 2799 (2025) saylı qərarı məmnuniyyətlə qarşıladığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli yazılı açıqlamasında bildirib ki, bu qərar Suriya hakimiyyəti və xalqı üzərində qalmış mənfi təsirlərin aradan qaldırılmasına, sanksiyaların tam ləğvinə, Suriyanın beynəlxalq cəmiyyətə inteqrasiyasına, həmçinin ölkədə davamlı sabitlik və inkişafın təmin olunmasına imkan yaradır. Türkiyə bu və bənzər addımları dəstəkləməyə davam edəcək.

Bildirilib ki, ABŞ Suriya Prezidenti Şəraanın 10 noyabrda Ağ Evə planlaşdırılan səfəri ərəfəsində, BMT TŞ-yə təqdim etdiyi və Şəraa ilə Daxili İşlər Naziri Hattaba qarşı sanksiyaların ləğv edilməsini tələb edən qərar qəbul edilib.

Mövzuya görə xəbərlər