Son dəqiqə

Türkiyə zəlzələ Türkiyədə zəlzələ 2025 Türkiyənin aktiv zəlzələ zonaları

Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Balıkesir şəhərinin Sındırgı rayonunda 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) X sosial media hesabında paylaşım edib.

Yeraltı təkanlar bu gün saat 08:58-də baş verib. Zəlzələnin yerin təxminən 6,79 kilometr dərinliyində baş verdiyi bildirilib..

Hadisə ilə bağlı hələlik hər hansı xəsarət və ya maddi ziyan barədə məlumat verilməyib. AFAD və yerli qurumlar vəziyyəti izləməyə davam edir.

Mövzuya görə xəbərlər