Son dəqiqə

Türkiyə NATO Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Güler Qəzza zolağı Qəzza

Türkiyə Qəzzaya humanitar yardımları davam etdirəcək - Yaşar Gülər

BAKI, TurkicWorld, Fərid Mikayılov

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, NATO Müdafiə Nazir­ləri Toplantısında çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin (TSK) Qəzzada yaradılması planlaşdırılan çoxmillətli vəzifə qüvvəsində iştirak etməyə hazır olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki, nazir həmçinin Ankaranın Qəzzaya humanitar yardımlarını davam etdirəcəyini vurğulayıb.

Milli Müdafiə Nazirliyinin məlumatına görə, Gülər Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazir­ləri və Ukrayna Əlaqə Qrupu iclaslarından sonra açıqlama verib.

Nazir bildirib ki, toplantılarda NATO-nun müdafiə siyasəti, Ukraynaya göstəriləcək dəstək və regional təhlükəsizlik məsələləri geniş şəkildə müzakirə olunub.

Yaşar Gülər çıxışında vurğulayıb ki, Türkiyə NATO missiyalarına ən çox töhfə verən ilk beş ölkə arasında yer alır:

“Türk Silahlı Qüvvələrinin müasir silah və sistemlərlə təchizatı, NATO-nun 5 faiz müdafiə öhdəliyi hədəfinə çatmaq istiqamətindəki qərarlılığımız davam edir. Qəzzada atəşkəsin təmin olunmasından məmnunuq və bunun iki dövlətli ədalətli həllin başlanğıcı olmasını arzulayırıq. Atəşkəsin davamlı olması, humanitar yardımların fasiləsiz təmin edilməsi və bu prosesdə Türkiyənin aktiv rolu önəmlidir”- deyə o bildirib.

Gülər əlavə edib ki, Türkiyə Qəzzada qurulacaq çoxmillətli vəzifə qüvvəsində iştirak etməyə tam hazırdır.

Nazir, toplantılar çərçivəsində NATO Baş katibi Mark Rutte, Böyük Britaniyanın müdafiə naziri Con Hili, həmçinin Rumıniya və Bolqarıstanın müdafiə nazirləri ilə ayrı-ayrı və üçtərəfli görüşlər keçirdiyini bildirib.

Görüşlərdə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və təlim proqramları müzakirə olunur.

Mövzuya görə xəbərlər