Son dəqiqə

Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə Nazirliyi TUSAŞ Altay tankı Tosyalı Holdinq Türkiyə Müdafiə Sənayesi xəbərləri Türkiyə Müdafiə sənayesi nazirliyi Fuat Tosyalı Yeni Altay

Yerli istehsal Altay tankları Türkiyə ordusuna təhvil veriləcək

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin yerli müdafiə sənayesi məhsulu olan “Yeni Altay” tankının ilk partiyası 28 oktyabr 2025-ci ildə Türk Silahlı Qüvvələrinə təhvil veriləcək.

TurkicWorld BMC və Tosyalı Holding rəhbəri Fuat Tosyalıya istinadən xəbər verir ki, eyni gündə tankın istehsal edildiyi yeni fabrikin də rəsmi açılışı olacaq.

Yeni Altay tankı müasir sistemlər və texnoloji yeniliklərlə təchiz olunub.

Layihənin hədəfi 85 tankı ilk mərhələdə, daha sonra isə təkmilləşdirilmiş “T2” versiyası ilə 165 tankı orduya təhvil verməkdir.

Qeyd edək ki, Altay tankları layihəsində mator və güc ötürmə sistemlərində xaricdən asılılığın azaldılması istiqamətində ciddi işlər görülür.

Mövzuya görə xəbərlər