Türkiyə Fələstin Türkiyə xarici işlər nazirliyi İordaniya Qəzza zolağı Hakan Fidan Qəzza Oman Qəzza münaqişəsi 2025 Qəzza müharibəsi 2025 telefon danışığı

Hakan Fidan Omanlı həmkarı ilə regional məsələləri müzakirə edib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Oman xarici işlər naziri Seyid Bədr əl-Busəidi ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, Fələstin dövlətinin tanınması istiqamətində aparılan işlər və Qəzzadakı humanitar vəziyyət müzakirə olunub.

Xatırladaq ki, bundan əvvəl Hakan Fidan İordaniyalı həmkarı Əymən əs-Səfədi ilə də telefon danışığı aparmışdı. Həmin söhbət zamanı Fələstin məsələsi və Qəzzadakı humanitar vəziyyətlə yanaşı, Suriyanın cənubundakı son proseslər də müzakirə edilib.

Mövzuya görə xəbərlər