Türkiyə Fələstin İsrail Numan Kurtulmuş Türkiyə xarici işlər nazirliyi TBMM Qəzza zolağı Hakan Fidan Humanitar böhran İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı

İsrailin BMT-dən çıxarılmasını tələb edirik - Kurtulmuş

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin Qəzzaya hücumlarını və Fələstin xalqına qarşı soyqırım siyasətini müzakirə etmək üçün sədr Numan Kurtulmuşun rəhbərliyi ilə növbədənkənar iclas keçirib.

TurkicWorld xəbər verir ki, TBMM sədri Numan Kurtulmuş iclasda çıxış edərək, İsrailin Qəzzada törətdiyi insanlığa qarşı cinayətləri pisləyib və dərhal atəşkəs tələb edib. Kurtulmuş, “İsrail Qəzzanı aclıq və qıtlığa məhkum edir. 70 minə yaxın insan qətlə yetirilib. Qəzzaya BMT qüvvələri göndərilməli, region yenidən qurulmalıdır,” – deyə bildirib. O, İsrailin soyqırım siyasətindən əl çəkənə qədər BMT də daxil olmaqla beynəlxalq təşkilatlara üzvlüyünün dayandırılmasını təklif edib.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan isə Qəzzadakı humanitar faciəni vurğulayaraq, “İsrail aclığı silah kimi istifadə edir. Bu, təbii fəlakət deyil, dövlət terrorudur,” – deyə bildirib. Fidan, Türkiyənin Qətər və Misirlə daimi atəşkəs üçün çalışdığını, Fələstinlilərin deportasiyasına qarşı olduğunu və Qəzzada qanuni Fələstin administrasiyasının qurulmasını dəstəklədiyini qeyd edib.

Mövzuya görə xəbərlər