Son dəqiqə

Türkiyə İstanbul İŞİD İnterpol terror aktı Qırmızı bülletenlə axtarış Terrorizmə qarşı mübarizə Terrorizmin maliyyələşdirilməsi İŞİD Türkiyə Türkiyə interpol əməliyyatı

Türkiyədə keçirilən əməliyyatda İŞİD üzvləri saxlanılıb

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyədə İstanbulda İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 9 şübhəli saxlanılıb, o cümlədən İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan bir şəxs ələ keçirilib.

TurkicWorld xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun apardığı araşdırma çərçivəsində, İŞİD-in fəaliyyətlərinin aşkarlanması və qarşısının alınması məqsədilə əməliyyat keçirilib.

Əməliyyatda İnterpolun qırmızı bülletenlə axtardığı və “xarici terrorçu döyüşçü” kimi qiymətləndirilən şəxslər də daxil olmaqla 9 şübhəli saxlanılıb. X platformasında yayılan məlumatlar, əməliyyatın Türkiyənin terrorla mübarizədə qətiyyətli addımlarını göstərdiyini vurğulayır.

Qeyd edək ki, saxlanılan şəxslər arasında İŞİD-ə üzv olmaq, təşkilatın təbliğatını aparmaq və potensial hücumlar planlaşdırmaqda şübhəli bilinənlər var. Qalan 6 şübhəlinin saxlanılması üçün işlər davam etdirilir.

Mövzuya görə xəbərlər