Son dəqiqə

Türkiyə İsrail Numan Kurtulmuş TBMM Qəzza zolağı Qəzza Qəzza ilə əlaqəli paylaşımlar Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzada müharibənin sonu Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi diplomatiyası

TBMM Qəzza ilə bağlı fövqəladə iclas keçirəcək

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, İsrailin Qəzza zolağına hücumu, soyqırım siyasəti, aclıq vasitəsilə göstərdiyi təzyiqlər və bölgədəki ümumi vəziyyət barədə məlumat vermək məqsədilə parlamenti avqustun 29-da fövqəladə iclasa çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə TBMM Rəyasət Heyətinin açıqlama yayıb.

Bildirilib ki, Kurtulmuşun çağırışı, icra orqanının TBMM Daxili Nizamnaməsinin 59-cu maddəsinin ikinci bəndinə əsaslanan tələbinin qarşılanması məqsədilə, Konstitusiyanın 93-cü və Daxili Nizamnamənin 7-ci maddələrinə uyğun olaraq həyata keçirilib. İclasın avqustun 29-da, yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) keçiriləcəyi bildirilib.

Fövqəladə iclasda xarici işlər naziri Hakan Fidanın TBMM Baş Assambleyasına geniş məlumat verəcəyi gözlənilir.

Hazırda Qəzza zolağında vəziyyət gərgin olaraq qalır. İsrail ordusunun hücumları davam edir və bölgədə humanitar böhran getdikcə dərinləşir.

Mövzuya görə xəbərlər