Son dəqiqə

Türkiyə Zəngəzur dəhlizi Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Orta Dəhliz Abdulkadir Uraloğlu nəqliyyat dəhlizi Nəqliyyat əlaqələri Türkiyə nəqliyyat layihələri Nəqliyyatda innovasiya Türkiyə

Türkiyə Avrasiyanın logistika mərkəzi rolunu gücləndirir – Uraloğlu

BAKI, TurkicWorld, Nərmin Ağayeva

Türkiyənin nəqliyyat sektorunda ən böyük layihələrdən biri olan və dəyəri təxminən 110 milyard lirə təşkil edən Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun təməlqoyma mərasimi sabah keçiriləcək.

TurkicWorld xəbər verir ki,Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dəmir yolunun həm Zəngəzur dəhlizinin əsas hissəsi, həm də Türkiyənin Avrasiyada logistika mərkəzi mövqeyini gücləndirəcək strateji addım olduğunu bildirib. Nazir layihə üçün 2,4 milyard avro həcmində xarici kredit əldə olunduğunu, bunun ölkəyə valyuta axını yaradacağını vurğulayıb.

Uraloğlunun sözlərinə görə, 224 kilometr uzunluğunda, elektrikləşdirilmiş və siqnallı cüt xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücünə sahib olacaq. Xətt üzrə beş tunel, 19 kəsilmiş-örtük tunel, 13 körpü, 14 keçid və yüzlərlə mühəndislik qurğusunun 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

Nazir əlavə edib ki, Zəngəzur dəhlizi Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət yolu yaradaraq Avrasiyanın təchizat xətlərini gücləndirəcək. O, bu layihənin təkcə dəmir yolu deyil, həm də regional əməkdaşlıq, iqtisadi inkişaf və təhlükəsizlik baxımından mühüm infrastruktur olduğunu qeyd edib.

Qeyd edək ki, Zəngəzur dəhlizi Orta Dəhlizin daha səmərəli fəaliyyətinə şərait yaradaraq Türkiyənin Şərqlə Qərb arasında əsas tranzit ölkəyə çevrilməsinə xidmət edəcək.

Mövzuya görə xəbərlər