Son dəqiqə

Türkiyə AFAD zəlzələ Zəlzələ Xəbərdarlıq Sistemi Muğla Egey dənizi zəlzələ fay xətti Türkiyədə zəlzələ 2025 2023 Kahramanmaraş zəlzələsi Zəlzələnin təsiri və nəticələri zəlzələ qorxusu uşaqlarda zəlzələ qorxusu zəlzələ sonrası layihələr

Muğlada 4,3 bal gücündə zəlzələ baş verib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Muğla vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 20:39-da (Bakı vaxtı ilə saat 21:39) baş verib. Yeraltı təkanların ocağı 56,87 kilometr dərinlikdə yerləşib.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, Balıkesir vilayətinin Sındırqı rayonunda 6,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzələ nəticəsində 16 bina çökmüşdü, bir nəfər isə həyatını itirmişdi. Zəlzələ Balıkesir vilayəti ilə yanaşı ölkənin digər bölgələrində də hiss olunmuşdu.

Mövzuya görə xəbərlər