Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Suriya Yaxın Şərq Əhməd Əl-Şaraa Türkiyənin Suriya siyasəti

Ərdoğan və Əhməd əş-Şəraa Suriyadakı gərgin durumu müzakirə edib

BAKI, TurkicWorld

Prezident Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd əş-Şəraa ilə telefon danışığı apararaq bölgədəki gərgin durumu dəyərləndirib.

TurkicWorld xəbər verir ki, telefon danışığında İsrailin Suriyaya qarşı həyata keçirdiyi hava hücumları və bunun region üçün doğurduğu risklər müzakirə olunub.

Prezident Ərdoğan İsrailin bu hücumlarını “qəbuledilməz” adlandırıb və Suriyadakı təcavüzkar siyasətin bütün Yaxın Şərq üçün təhlükə yaratdığını bildirib.

Türkiyə lideri, həmçinin Suriyada druz icması ilə əldə olunan atəşkəsi alqışladığını ifadə edib və Türkiyənin Suriya xalqına dəstəyinin davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Prezident Əhməd əş-Şəraa da telefon danışığı zamanı Suriyanın siyasi birliyi, ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə Prezident Ərdoğana təşəkkür edib.

Mövzuya görə xəbərlər