Son dəqiqə

Türkiyə İstanbul Hava Limanı Abdulkadir Uraloğlu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Sabiha Gökçen Türkiyədə hava nəqliyyatı 2025 Hava nəqliyyatı infrastrukturu Sərnişin rekordu

Antalya və İstanbul hava limanları sərnişin axınında ön sıralardadır

BAKI, TurkicWorld

İlin ilk yarısında hava nəqliyyatı ilə 108,8 milyon sərnişin daşınıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci ilin yanvar-iyun aylarında hava nəqliyyatından istifadə edən sərnişinlərin sayının 108 milyon 811 min 724 nəfərə çatdığını açıqlayıb.

Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə artım göstərib.

Nazir bildirib ki, 6 ayda 1 milyon 134 min 447 təyyarə uçuşu həyata keçirilib. Daxili marşrutlarda 46,5 milyon, beynəlxalq xətlərdə isə 62,1 milyon sərnişin daşınıb. Birbaşa tranzit sərnişinlərlə birlikdə ümumi sərnişin sayı 108,8 milyonu ötüb.

Təkcə iyun ayında daxili reyslərlə 9,3 milyon, beynəlxalq reyslərlə 14 milyon sərnişin daşınıb. Ümumilikdə 23,3 milyon sərnişin hava nəqliyyatından istifadə edib. Yük daşımaları isə 466 min tondan çox olub.

İstanbul Hava Limanı 6 ay ərzində 39 milyon sərnişinə xidmət göstərib. Yalnız iyun ayında bu rəqəm 7,1 milyon olub. Hava limanında daxili xətlər üzrə 1,7 milyon, beynəlxalq xətlər üzrə isə 5,4 milyon sərnişin qeyd alınıb.

Sabiha Gökçen Hava Limanı bu dövrdə 22 milyon sərnişinə xidmət göstərib. Turizm bölgələrində yerləşən hava limanlarında isə 23,9 milyon sərnişin qeydiyyata alınıb. Təkcə Antalya Hava Limanı 14,5 milyon sərnişin qəbul edib.

Mövzuya görə xəbərlər