Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Suriya Hakan Fidan Əhməd Əl-Şaraa Türkiyə və Suriya münasibətləri

Ərdoğan və Əhməd Şara arasında mətbuata qapalı görüş baş tutub

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə Dolmabağça İş Ofisində görüş keçirib.

TurkicWorld xəbər verir ki, Suriya lideri Prezident Ərdoğan tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Görüşdə Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün iştirak edib.

Suriya tərəfdən isə xarici işlər naziri Əsəd Həsən Şeybani və digər rəsmi şəxslər görüşdə yer alıblar.

Prezidentlər arasında keçirilən görüş mətbuata qapalı şəraitdə baş tutub. Görüşün əsas gündəmi barədə hələlik rəsmi açıqlama verilməyib.

Görüşdə Türkiyə-Suriya ikitərəfli münasibətləri, o cümlədən regional və qlobal proseslər müzakirə olunub.

Türkiyə Prezidenti görüş zamanı İsrailin Suriya ərazilərindəki təcavüzkar siyasətinin qəbuledilməz olduğunu, Türkiyənin bu mövqeyə qarşı çıxmağa davam edəcəyini vurğulayıb.

Həmçinin qeyd olunub ki, Türkiyə ilə Suriya arasında enerji, müdafiə və nəqliyyat başda olmaqla bir çox sahədə əməkdaşlıq və əlaqələrin inkişafı davam edəcək.

Əhməd əş-Şəraa isə, sanksiyaların ləğvində göstərdiyi dəstək və səylərinə görə Ərdoğana təşəkkür edib.

Mövzuya görə xəbərlər