Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Milliyyetçi Harekat Partiyası (MHP) Devlet Bahçeli Türkiyənin Yüzyılı hədəfi

Bahçeli Ərdoğanın namizəd olmamaq açıqlamasına etiraz edib

BAKI, TurkicWorld

Türkiyə Yüzilliyi üçün Ərdoğan liderliyini davam etdirməlidir.

TurkicWorld xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli, Rəcəb Tayyib Ərdoğanın Macarıstan səfərindən sonra "yenidən namizəd olmayacağam" açıqlamasına sərt reaksiya verib.

Bahçeli yazılı bəyanatında, Ərdoğanın çəkilmə ehtimalının nə ölkə daxilində, nə də qlobal şərtlərlə uyğun olmadığını bildirib.

Bahçeli, Ərdoğanın liderliyində Türkiyənin tarixində ilk dəfə bu qədər güclü inkişaf templəri qazandığını vurğulayıb.

“Türkiyə Cümhuriyyəti ilk dəfə bu qədər güclü bir ivmə ilə yol alır. Milli idealları iqtisadi və siyasi platformada düzgün anlayan və dəyərləndirən idarəçilik formalaşıb” – deyə Bahçeli bildirib.

Bahçeli bəyanatında Türkiyənin terror və çətinliklərdən azad bir gələcəyə doğru inamla irəlilədiyini və Prezidentlik İdarəetmə Sisteminin tam olaraq kök salması üçün daha çox iş görüləcəyini bildirib.

Mövzuya görə xəbərlər