Türkiyə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Mehmet Şimşek Doha Qətər iqtisadi inkişaf Qətər İqtisadi Forumu

Şimşək Qətər iş adamları ilə görüşəcək

BAKI, TurkicWorld

Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək Qətərdə iqtisadi əməkdaşlıq mövzusunda yüksək səviyyəli iclasa qatılacaq.

TurkicWorld xəbər verir ki, Şimşək Qətərin paytaxtı Dohada keçiriləcək Qətər İqtisadi Forumunda iştirak edəcək.

Forum çərçivəsində mayın 20-də keçiriləcək "Qlobal artım və geoiqtisadiyyat" adlı panel müzakirəsində çıxış edəcək Şimşək, Qətər maliyyə naziri Əli Bin Əhməd Əl-Kuvari və Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri Faysal Əl-İbrahimlə birlikdə qlobal iqtisadi dinamika və regional əməkdaşlıq imkanlarını dəyərləndirəcək.

Qeyd edək ki, Mehmet Şimşək forum çərçivəsində Qətər iş dünyası ilə də görüşlər keçirəcək, qarşılıqlı investisiya və ticarət imkanlarını müzakirə edəcək. Nazir, həmçinin maliyyə sektorunun nümayəndələri ilə dəyirmi masa toplantısında iştirak edəcək və həmkarları ilə ikitərəfli görüşlər keçirərək regional iqtisadi gündəmlə bağlı fikir mübadiləsi aparacaq.

Mövzuya görə xəbərlər