Son dəqiqə

Türkiyə Pakistan Hindistan Hindistan Pakistan sərhəd gərginliyi Hindistan-Pakistan qarşıdurması

Hindistan-Türkiyə gərginliyi: Türk məhsullarına qarşı geniş boykot

BAKI,TurkicWorld

Hindistan ilə Pakistan arasında artan diplomatik gərginlik fonunda, Türkiyənin açıq şəkildə Pakistana dəstək verməsi Hindistan hökuməti və ictimaiyyətində kəskin etiraza səbəb olub.

TurkicWorld xəbər verir ki, bu çərçivədə Hindistanda Türkiyə mənşəli məhsul və xidmətlərə qarşı genişmiqyaslı boykot kampaniyasına start verilib.

Ölkənin ən böyük e-ticarət platformaları Türkiyədən gələn bir sıra məşhur markaları sistemlərindən çıxarıb.

Boykotun əsas hədəfində tekstil sahəsində tanınmış Türkiyə markaları yer alır. Trendyol, LC Waikiki, Mavi və Koton kimi brendlərin məhsulları e-ticarət saytlarında artıq “stokda yoxdur” qeydi ilə görünür.

Boykot yalnız onlayn satışlarla məhdudlaşmayıb. Hindistanın Prayaqraj şəhərində yerləşən bəzi meyvə-tərəvəz satıcıları da Türkiyə mənşəli məhsulları rəflərdən yığışdırıblar. Xüsusilə Türkiyədən gətirilən almalar satışdan çıxarılıb.

Mövzuya görə xəbərlər