BAKI, TurkicWorld
Türkiyə, ABŞ və Ukrayna arasında üçtərəfli görüş İstanbulda başlayıb.
TurkicWorld xəbər verir ki, İstanbulun Dolmabahçe Rəyasət Heyətində baş tutan görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir. Görüşdə ABŞ xarici işlər naziri Marko Rubio, ABŞ-ın Ankaradakı səfiri Tom Barak və prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq iştirak edir.
Ukrayna tərəfini isə Prezident Aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiha və müdafiə naziri Rustem Umerov təmsil edir. Prezident Vladimir Zelenski sözügedən danışıqlarda iştirak edəcək nümayəndə heyətinin formalaşdırılması ilə bağlı dünən xüsusi fərman imzalayıb.
Qeyd edək ki, eyni məkanda Türkiyə-Rusiya-Ukrayna formatında ayrıca bir üçtərəfli görüşün də saat 12:30-da keçirilməsi planlaşdırılır.







