BAKI, TurkicWorld
Amasyada bir-birinin ardınca 4,4 və 4,2 bal gücündə zəlzələlər olub.
TurkicWorld xəbər verir ki, Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy bölgəsində bu gün ardıcıl iki zəlzələ qeydə alınıb.
Birinci yeraltı təkan yerli vaxtla saat 12:23-də baş verib və Rixter cədvəli üzrə 4,4 bal gücündə qiymətləndirilib. Üç dəqiqə sonra, saat 12:26-da bölgədə 4,2 bal gücündə ikinci zəlzələ baş verib.
Qeyd edək ki, hazırda zəlzələlərin təsiri ilə bağlı ciddi dağıntı və ya xəsarət barədə məlumat verilməyib. Yerli aidiyyəti qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb və vəziyyət nəzarət altındadır.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) May 12, 2025
Büyüklük:4.4 (Mw)
Yer:Gümüşhacıköy (Amasya)
Tarih:2025-05-12
Saat:12:23:55 TSİ
Enlem:40.815 N
Boylam:35.19194 E
Derinlik:10.07 km
Detay:https://t.co/3u66wZqvAq@afadbaskanlik @trthaber @anadoluajansi