Son dəqiqə

Türkiyə Rusiya Rusiya XİN Türkiyə XİN Yaxın Şərq

İstanbulda Yaxın Şərq üzrə Türkiyə-Rusiya zirvəsi

BAKI, TurkicWorld

Türkiyə və Rusiya arasında Yaxın Şərq məsələlərinə dair xarici işlər nazir müavinləri səviyyəsində məsləhətləşmələr sabah İstanbulda keçiriləcək.

TurkicWorld xəbər verir ki, görüşdə Türkiyəni nazir müavini Dr. Nuh Yılmaz, Rusiyanı isə nazir müavini Mixail Boqdanov təmsil edəcək.

Görüşün əsas gündəm mövzusu Suriya və Fələstin olmaqla, bölgədəki aktual siyasi proseslər və regional təhlükəsizlik məsələləri olacaq.

Qeyd edək ki, Rusiya, Türkiyənin Yaxın Şərqdəki proseslərə dair fikir mübadiləsinə önəm verdiyi əsas tərəfdaşlardan biri kimi qiymətləndirilir.

Xəbər yenilənəcək...

Mövzuya görə xəbərlər