Son dəqiqə

Türkiyə ABŞ Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Vaşinqton Mehmet Şimşek Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) İnvestisiya imkanları investor görüşləri Türkiyə beynəlxalq maliyyə siyasəti

Şimşək Vaşinqtonda mühüm iqtisadi görüşlər keçirib

BAKI, TurkicWorld

Türkiyə və ABŞ arasında iqtisadi əməkdaşlıq və regional sabitlik mövzusunda mühüm görüş keçirilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək Vaşinqtonda ABŞ-ın maliyyə naziri Skott Bessent ilə görüşüb.

G20, BVF və Dünya Bankı Bahar toplantıları çərçivəsində baş tutan görüşdə Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan da iştirak edib.

Görüşdə investisiya, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi üçün mövcud məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Türkiyənin iqtisadi sabitlik proqramı haqqında məlumat təqdim edilib.

Qeyd edək ki, görüşdə regional sülh və sabitliyin təmin olunması üçün birgə addımlar da müzakirə edilib. Tərəflər Suriyaya tətbiq edilən sanksiyaların aradan qaldırılması və Ukraynada atəşkəsin təmin olunması məsələlərinə də toxunublar.

Mövzuya görə xəbərlər