Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan İstanbul zəlzələ təbii fəlakət seysmik hadisələr zəlzələ fay xətti Türkiyədə zəlzələ 2025

Zəlzələ ilə bağlı hələlik ciddi təlafat yoxdur - Ərdoğan

BAKI, TurkicWorld

“Dövlətimizin bütün bölmələri hazırda ciddi həyəcan vəziyyətindədir”

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul və Marmara bölgəsində baş verən 6,2 bal gücündə zəlzələyə dair açıqlama verərək, bütün dövlət strukturlarının həyəcan vəziyyətinə keçirildiyini bildirib.

Beştepe Millət Sərgi Salonunda keçirilən TRT-nin 47-ci Beynəlxalq 23 Aprel Uşaq Festivalında çıxış edən Ərdoğan qeyd edib ki, AFAD və Səhiyyə Nazirliyi başda olmaqla axtarış və yoxlama işləri dəqiqliklə aparılır və proses şəxsən özü tərəfindən yaxından izlənilir.

“Əlhəmdulillah, hələlik heç bir ciddi problem görünmür. Allahdan ölkəmizi və millətimizi hər cür bəla və fəlakətlərdən qorusun” – deyə Prezident bildirib.

Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Mövzuya görə xəbərlər