Bakı, TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar- noyabr aylarında Rusiyadan Türk limanlarına 3 milyon 298 min 685 ton yük daşınıb.
Bu barədə TurkicWorld - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Rusiyadan Türkiyə limanlarına 469 min 927 ton yük daşınıb.
“Bu ilin yanvar- noyabr aylarında Rusiyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 369 min 450 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Rusiyadan Türkiyəyə Rusiya bayrağı ilə üzən gəmilərlə 466 min 308 ton yük çatdırılıb.
2025-ci ilin yanvar- noyabr aylarında Rusiyadan Türkiyə limanlarına 1 milyon 84 min 894 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 394 min 625 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 535 milyon 360 min 55 ton olub”, – deyə nazirlikdən bildirilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 231 min 99 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyə limanları 376 milyon 925 min 895 ton yük qəbul edib.
"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 720 min 453 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 350 milyon 205 min 442 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyə limanlarından 63 milyon 159 min 139 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 813 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 634 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 179 olub.
2025-ci ilin yanvar - noyabr ayında Türkiyə limanları 58 min 24 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 383, Türkiyə bayrağı altında olan gəmilər isə 37 min 641 olub”, - deyə nazirlikdən bildirilib.







