BAKI, TurkicWorld
Altun zəlzələ sonrası dezinformasiyaya qarşı mediaya çağırış edib.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidentinin Kommunikasiya direktoru Fahrettin Altun İstanbulda baş verən zəlzələlərdən sonra bəzi media orqanlarının yayımladığı sensasiyalı və dezinformasiyaya əsaslanan materiallarla bağlı narahatlığını ifadə edib.
Altun sosial media hesabında paylaşdığı açıqlamada bəzi vizual, audio və rəqəmsal media qurumlarının hadisəyə səthi yanaşdığını və cəmiyyət arasında çaşqınlıq yaratdığını bildirib. O qeyd edib ki, bəzi media qurumları reytinq naminə panika yayaraq vətəndaşları yanlış istiqamətə yönəldir, bu isə məsuliyyətsiz yayım nümunəsidir.
“Dezinformasiyanın da yer aldığı bu nəşrlər aidiyyatı qurumlarımız tərəfindən yaxından izlənilir. Qanunlarımız çərçivəsində onlara qarşı lazımi addımlar atılacaq”– deyə Altun əlavə edib və bütün media qurumlarını məsuliyyətli nəşriyyata dəvət edib.
Qeyd edək ki, İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ şəhərdə və ətraf vilayətlərdə güclü şəkildə hiss olunub. Hadisə nəticəsində can itkisi qeydə alınmasa da, çaxnaşma səbəbindən yüksəklikdən tullanaraq xəsarət alanlar olub. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır.
İstanbul’da yaşanan depremin hemen sonrasında görsel, işitsel ve dijital medya kuruluşlarının yer verdiği bazı şahıslar konu ile alakalı yüzeysel ve sansasyonel ifadeler kullanmakta, birtakım temelsiz değerlendirmelerle yanlış yönlendirmelere kapı aralamaktadır.
— Fahrettin Altun (@fahrettinaltun) April 23, 2025
Bazı medya…







