BAKI, TurkicWorld
İstanbulda baş verən zəlzələ ilə bağlı sosial mediada yayılan dezinformasiyaya qarşı diqqətli olun.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.
Altun qeyd edib ki, aidiyyəti qurumlar öz sahələrində araşdırma və qiymətləndirmə işlərini davam etdirirlər.
"Media qurumlarımızdan zəlzələ ilə bağlı xəbərləri sansasiya və dezinformasiyadan uzaq, məsuliyyətli şəkildə yaymalarını gözlədiyimizi bir daha bildiririk. Vətəndaşlarımızdan isə yalnız rəsmi qurumların açıqlamalarını və təsdiqlənmiş məlumatları izləmələrini, doğrulanmamış informasiyalara etibar etməmələrini xahiş edirik", – deyə Altun əlavə edib.







